NATO-nun iclasında Ermənistana qarşı çağırış edildi
Azərbaycan nümayəndə heyətinin üzvü Siyavuş Novruzov məruzə ətrafında çıxış edərək daha bir ölkənin – Ermənistanın da ballistik raketlərə malik olduğunu bildirib və bu ölkəyə qarşı tədbirlər görülməsini təklif edib. S.Novruzov deyib: “Məruzədə ballistik raketlərin beynəlxalq ictimaiyyət üçün törətdiyi təhlükələrin qeyd olunması çox yaxşı haldır. Bilirsiniz ki, Ermənistana bir milyard dollarlıq silah verilib. Onların sırasında “İsgəndər-M” operativ-taktiki raket kompleksi də var. Bu raket kompleksi Cənubi Qafqaz, eləcə də Avropa üçün çox ciddi təhlükədir”.
Siyavuş Novruzov Ermənistan prezidenti Serj Sarkisyanın bu raketlərlə Azərbaycanı vuracağı barədə bəyanatını da diqqətə çatdırıb və komitə rəhbərliyinin, eləcə də məruzəçinin buna münasibətini soruşub.
Məruzəçi belə bir faktı diqqətə çatdırdığına görə Azərbaycan nümayəndə heyətinin üzvünə minnətdarlıq edib və faktın məruzədə nəzərə alınacağını bildirib. (AzərTAc)
AzVision.az
Teqlər: NATO Siyavuş-Novruzov