“Hərbi cinayətlərin sayı kəskin azalıb” - Xanlar Vəliyev

“Hərbi cinayətlərin sayı kəskin azalıb” -  Xanlar Vəliyev
  30 Sentyabr 2017    Oxunub:5275
Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin I yarımilində də hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilib.

Bu barədə baş prokurorun müavini – hərbi prokuror Xanlar Vəliyevin Xalq qəzetində dərc olunan “Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir” başlıqlı məqaləsində bildirilib.
Məqalədə qeyd edilib ki, qeydə alınmış cinayətlərin 100 faizi açılması təmin olunub. 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə təkcə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 12,5 faizi, fərarilik cinayəti 66,7 faizi, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 18,3 faizi azalıb.

X. Vəliyev qeyd edib ki, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı və işgüzar əlaqələrinin yaranmasının, habelə mütəmadi olaraq təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətin çox böyük əhəmiyyəti olub:

“Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qəsdən adamöldürmə, özünüöldürmə həddinə çatdırma cinayətlərinin qarşısının tam alınması üçün həmin cinayətlərin məhkəmə və istintaq təcrübəsi vaxtaşırı ümumiləşdirilməklə Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclaslarında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN Daxili Qoşunlarının rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən Müdafiə Nazirliyinə və həmin silahlı birləşmələrin komandanlıqlarına informasiya xarakterli məktublar, təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Bundan başqa, Hərbi Prokurorluq üzrə qəbul edilmiş Tədbirlər Planına müvafiq olaraq, hərbi qulluqçuların dini yönümünün düzgün istiqamətləndirilməsi, dini fanatizmə qarşı dayanıqlı olmaları üçün Konstitusiyanın vicdan azadlığı və dini etiqad haqqında maddəsinin tələbləri izah edilməklə, zərərli məzhəb, təriqət və etiqadlara, dini ekstremizmə meylli olan fiziki və psixoloji cəhətdən zəif hərbi qulluqçuların müəyyən edilməsi üçün Respublika Hərbi Prokurorluğunun Mərkəzi Aparatının, həmçinin ərazi hərbi prokurorluqlarının əməkdaşları tərəfindən hərbi əks-kəşfiyyat qurumları və hərbi hissə komandirləri ilə birlikdə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, DİN-in Daxili Qoşunları, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan hərbi hissələrdə şəxsi heyətlə mütəmadi olaraq görüşlər keçirilib”.

AzVision.az


Teqlər: Xanlar-Vəliyev  





Xəbər lenti