“Vigenin kimi insanların vəzifə tutması səviyyəsizlikdir” - Spikerdən sərt çıxış

“Vigenin kimi insanların vəzifə tutması səviyyəsizlikdir” - Spikerdən sərt çıxış
  02 Oktyabr 2017    Oxunub:2882
“Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması düzgün deyil”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar icalsında çıxışı zamanı spiker Oqtay Əsədov deyib.

MM sədri diqqətə çatdırıb ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin bu yaxınlarda Azərbaycana səfər edib: “O, dedi ki, parlamentdə və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirəcək. Azərbaycandan sonra Ermənistana getdi. Dedikləri sözlərin hamısı saxta və yalan idi. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. “Dağlıq Qarabağ” nümayəndələri ilə bir stolda oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Kristian Vigenin kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. O ölkəmizdə səfərdə olanda təkliflə çıxış etdik ki, ATƏT-in Minsk qrupunun tərkibi genişləndirilsin. O, buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır”.

O.Əsədov qeyd edib ki, Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir və orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti