Leonid Kalaşnikov Oqtay Əsədovla görüşüb

Leonid Kalaşnikov Oqtay Əsədovla görüşüb
  11 Dekabr 2017    Oxunub:2096
Dekabrın 11-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzVision.az xəbər verir ki, Oqtay Əsədov Azərbaycanla Rusiya arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini deyib. Milli Məclisin sədri əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının münasibətlərinin rolunu xüsusi vurğulayıb.

Spiker qanunverici orqanların qarşılıqlı əlaqələrini yüksək qiymətləndirib, parlamentarilərin beynəlxalq qurumlardakı birgə fəaliyyətindən məmnunluğunu ifadə edib.

Oqtay Əsədov Azərbaycanda rus dilinin, mədəniyyətinin qorunub saxlanılması, rusdilli təhsil müəssisələrinin və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi istiqamətində ölkəmizdə görülən işlərdən danışıb.

Leonid Kalaşnikov ölkəmizə səfərindən məmnunluğunu bildirib. O, Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə uğurlarından geniş söz açıb.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Milli-Məclis  





Xəbər lenti