Ölkəmizdə hepatit C-yə yoluxanların sayı artıb
Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı hepatit A virusu üzrə 14,4 faiz, qonokokk infeksiyası üzrə isə 4,7 faiz azalıb. Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.
Bununla yanaşı pedikulyoz, viruslu hepatit B və C, skarlatina, bruselyoz, su çiçəyi, sifilis, ağciyər vərəmi ilə xəstələnənlərin sayında artım müşahidə olunur.
Bundan başqa, 2018-ci ilin əvvəlinə olan məlumata əsasən, ölkədə 32,3 min həkim və 54,6 min orta tibb işçisinin çalışdığı 571 xəstəxana və 1760 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir. Əhalinin hər 10 min nəfərinə orta hesabla 33 həkim və 56 orta tibb işçisi düşür.
AzVision.az