Azərbaycanda prezident seçkiləri keçirilir. Bu gün səhər saat 08:00-da başlayan səsvermədə seçici aktivliyi müşahidə edilir. Vətəndaşlar qeydiyyatda olduqları rayon üzrə seçki məntəqələrinə gedərək seçkidə iştirak edirlər.
Qeyd edək ki, səsvermə saat 08:00-da başlayıb 19:00-da sona çatacaq. Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Seçkiləri 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi izləyir.
AzVision.az seçki prosesindən görüntüləri təqdim edir: