"300 minə yaxın köçkün yeni mənzillə təmin olunub"
Qeyd edilib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlərin öz evlərinə qayıtması ilə artıq respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış sakinlərinin doğma yurda qayıdışı başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncamına əsasən, kənddə birinci mərhələdə 50 ev tikilib istifadəyə verilib. İkinci mərhələdə tikilən 100 yaşayış evindən 50-ə kəndin, respublikanın müxtəlif yerlərində məskunlaşmış sakinləri köçürülüb. Məcburi köçkünlərin Cocuq Mərcanlıya qayıdışı davam edir.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəbəri Rupert Eynli səmimi qəbula görə təşəkkürünü bildirib. Böyük Britaniya dövlətinin Azərbaycanla strateji əməkdaşlığın möhkəmləndirilməsinə mühüm əhəmiyyət verdiyini, ölkəsinin humanitar təşkilatlarının bundan sonra da Azərbaycanda məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
AzVision.az
Teqlər: Qaçqınkom Rövşən-Rzayev