Ordumuz artilleriya qurğularını işə saldı - FOTOLAR
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.
Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib. Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
ğ
AzVision.az