Səfər Mehdiyevə yeni müavinlər təyin edildi
Bundan öncə İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.
Həmçinin komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov təyin olunub. O, bu təyinatadək Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin birinci müavini olub.
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə isə Səməd Qaralov rəis təyin edilib. Bundan öncə, o, həmin idarədə rəsi müavini olub.
AzVision.az