Prezident vətəndaşlıqla bağlı fərman imzalayıb
Doqquzuncu və onuncu abzaslar müvafiq olaraq onuncu və on birinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilir:
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti.”;
Onuncu abzasda “dördüncü” sözü “beşinci” sözü ilə əvəz edilir.
2-1-ci hissəyə “yoxlanılır” sözündən sonra “(“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsi nəzərə alınmaqla)” sözləri əlavə edilir.
AzVision.az
Teqlər: Azərbaycan