Müdafiə Nazirliyinin mətbuat xidmətindən
AzVision.az-a verilən xəbərə görə, sinif otaqlarında və trenajorlarda nəzəri bilikləri mənimsədikdən, eyni zamanda təhlükəsizlik qaydalarını öyrəndikdən sonra, tank heyətləri taktiki, atəş hazırlığı və döyüş maşınlarının taktiki sahələrdə, tank poliqonlarında və tankodromlarda idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.
Çöl məşqləri zamanı tank heyətləri döyüş hazırlığı mərhələsinin şərtlərinə və tapşırıqlarına uyğun olaraq şərti düşmən hədəflərinə döyüş atışları icra edirlər.
AzVision.az