Heydər Əliyev Fondu aztəminatlı ailələri sevindirdi - FOTOLAR
Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir.
Qeyd edək ki, fond aztəminatlı ailələrin birinci sinif şagirdlərinə “Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir. Fəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən Heydər Əliyev Fondu bu layihə çərçivəsində aztəminatlı ailələrə sosial dəstək göstərməklə yanaşı, həm də təhsilin inkişafına öz töhfəsini vermiş olur.
AzVision.az
Teqlər: Heydər-Əliyev-Fondu