Qanunsuz ov edən 35 nəfər saxlanılıb

Qanunsuz ov edən 35 nəfər saxlanılıb
  14 Sentyabr 2018    Oxunub:2214
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Ovçuluq haqqında” və “Heyvanlar aləmi haqqında” qanunların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirir.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı ölkədə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.

AzVision.az


Teqlər: ETSN   Ov  





Xəbər lenti