"Zərərli dini ədəbiyyatların sayı azalıb" - Gündüz İsmayılov

"Zərərli dini ədəbiyyatların sayı azalıb" - Gündüz İsmayılov
  01 Oktyabr 2018    Oxunub:2435
"Hazırda ölkədə 42 rəsmi dini mağaza fəaliyyət göstərir. Dini mağazalara icazələrin verilməsi proseduru davam etdirilir"
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, ölkədə çap olunan dini ədəbiyyatın böyük hissəsi əsasən tərcümə olunanlardır. “Ona görə də məqsədimiz yerli müəlliflərin sayını artırmaqdır. Hədəfimiz xaricdən ölkəyə idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəbiyyatların sayını artırmaqdır. Bu istiqamətdə xeyli işlər görülüb.

Əgər keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 %-i yerli müəlliflər idisə, bu il həmin rəqəm 23 % olub. Yenə də bu göstərici bizi qane etmir”.

G.İsmayılov bildirib ki, zərərli dini ədəbiyyatların ölkəyə gətirilməsi və bunun qarşısını almaq əsas hədəf deyil. “Əsas odur ki, yerli müəlliflərin sayını artıraq. Çünki xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkənin həyat tərzinə, xalqın dünyaya baxış açışını özündə ehtiva edir. Bu nöqteyi nəzərdən dini ədəbiyyatın böyük əksəriyyəti yerli müəlliflər tərəfindən hazırlanmalıdır. Komitənin maliyyə vəsaiti hesabına 100-dən artıq adda dini ədəbiyyat ölkədə çap olunub. Son illər nəzarət markası həyata keçirilir. Hər zaman dini ədəbiyyat və ləvazimatlar satan mağazalara nəzarət edilir bundan sonra da davam edəcək. Əvvəlki illərlə müqayiqəsədə bu gün ölkədə çap edilməsi niyyətində zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DQİDK   Gündüz-İsmayılov  





Xəbər lenti