Qərargah: Sürüşmə fərdi tikililərə doğru irəliləyir

Qərargah: Sürüşmə fərdi tikililərə doğru irəliləyir
  18 Oktyabr 2018    Oxunub:1689
Badamdarda sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Azvision -a verilən məlumata görə, sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur.
Bunun nəticəsində sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.

Azvision



Teqlər: ETSN   Sürüşmə   Badamdar  





Xəbər lenti