“Uşaqlar 12-13 dəfə müayinəyə cəlb edilməlidir” - Baş pediatr

    “Uşaqlar 12-13 dəfə müayinəyə cəlb edilməlidir” -    Baş pediatr
  20 Dekabr 2018    Oxunub:3185
"Uşaqlarda nevroloji xəstəliklər böyüklərdən müəyyən dərəcədə fərqlənir. Əgər uşaqlıq dövründə, hətta yenidoğulma dövründə uşaqlarda görünən bir sıra nevroloji xəstəliklər - mərkəzi sinir sisteminin hipoksid, travmatik zədələnmələri, anadangəlmə nevroloji xəstəliklər, neonatal qıcolmalar diaqnozu aşkarlanarsa, vaxtında müalicə tədbirləri aparılırsa, gələcəkdə uşaqların arasında sağlamlıq imkanlarının pozulması, əlilliyin inkişaf etməsinin vaxtında qarşısını almış oluruq"
Azvision.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib. O qeyd edib ki, uşaqlıq dövründə bu problemlər aradan qaldırılarsa, əlillərin sayının artmasına mane ola bilərik.

"Uşaqlar doğulan gündən 12-13 dəfə müayinəyə cəlb edilməlidir ki, onda olan problemlər aşkarlansın. Uşaqların icbari disparenzasiyası bu baxımdan vacibdir".

N.Quliyev bildirib ki, uşaqların icbari disparenzasiyası vaxtında aşkar olunan xəstəliklərin erkən diaqnozun qoyulması və müalicə sağlamlaşdırma tədbirlərinin aparılması baxımından əhəmiyyətlidir. "Keçən illər uşaqların icbari disparenzasiyaya cəlb edilən uşaqların sayı artmaqda davam edir. Əgər başlanğıcda 80-85 faiz uşaq əhalisini disparenzasiyaya cəlb edə bilirdiksə, artıq bu rəqəm 95 faizə çatıb".

Aytən Zəhra
Azvision.az





Teqlər:





Xəbər lenti