MİDA-nın “güzəştli mənzil”ləri - FOTOLAR

   MİDA-nın “güzəştli mənzil”ləri -    FOTOLAR
  26 Dekabr 2018    Oxunub:11834
Xəbər verdiyimiz kimi, bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Azvision.az xəbər verir ki, açılışı olan Yasamal yaşayış kompleksinin ümumi sahəsi 11,6 hektardır. 2016-cı ilin dekabrında kompleksin ilk doqquzmərtəbəli yaşayış binasının və ərazidə yerləşən ümumtəhsil məktəbinin binasının təməli qoyulub. Ərazidə planlaşdırma sənədi üzrə 29 yaşayış binası inşa olunub. Bu binalardan 12-si 12 mərtəbəli, 17-si 9 mərtəbəlidir

Kompleksdə mənzillərin ümumi sayı 1843 ədəddir. Burada 324 birotaqlı, 1052 ikiotaqlı, 467 üçotaqlı mənzil var. Birotaqlı mənzillərin sahəsi 34, ikiotaqlı mənzillərin sahəsi 58, üçotaqlı mənzillərin sahəsi isə 71 kvadratmetrə yaxındır. Mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin baş planı üzrə 5 binada bu ilin sentyabrında “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 324 mənzil satışa çıxarılıb. Bu mənzillərdən 278-nin alqı-satqısı artıq başa çatıb.





































Azvision.az


Teqlər: MİDA   Yasamal   Kompleks  





Xəbər lenti