Bələdiyyə seçkilərinin vaxtı açıqlanıb

  Bələdiyyə seçkilərinin vaxtı açıqlanıb
  26 Dekabr 2018    Oxunub:1920
Seçki Məcəlləsinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir.
Azvision.az -ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində qeyd olunub ki, Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

Azvision.az


Teqlər: Bələdiyyə   Seçki   ƏƏSMN  





Xəbər lenti