Oğurluqda şübhəli bilinən Cəbrayıl rayon sakinləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Cəbrayıl RPŞ (Biləsuvar rayonu) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 357 manat pul və tütün məmulatı, habelə içərisində 6875 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakinləri Y.Abbasov və R.Həşimov saxlanılıblar.