Sumqayıtdakı qəzaya “Prado” səbəb olub - Rəsmi məlumat
22 Fevral 2019
Oxunub:2759
Fevralın 21-də saat 17 radələrində Sumqayıt şəhərinin M.Əzizbəyov və Nizami küçələrinin kəsişməsində şəhər sakinləri H.Rəcəbov idarə etdiyi “Toyota Prado” markalı avtomobili C.Əhmədovun idarə etdiyi “AKİA” markalı avtobusa vurub, sürücü idarəetməni itirdiyindən avtobus yaşayış binasının divarına dəyib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə avtobusun 19 sərnişini xəstəxanaya yerləşdirilib, onlara zəruri tibbi yardım göstərilib. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.