Bakıda partlayışda yaralanan ailədən xəbər var
Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov Azvision.az -a bildirib ki, hazırda qızın vəziyyəti stabildir.
Qeyd edək ki, fevralın 21-də baş vermiş partlayış nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb. 1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlunun əl, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızının isə ayaq nahiyyəsində yanıq xəsarətləri olub. Onların azyaşlı övladı - 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlunun bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri qeydə alınıb, tənəffüs yolları yanıb. Vəziyyəti ağır olduğu üçün dünyasını dəyişib. Qızları 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızınnın isə bədəninin 50-55 faizi yanıb, 3a və 3b dərəcəli yanıq diaqnozu qoyulub.
Aytən Zəhra
Azvision.az