Xınalıqda oğurluq edən yeniyetmələr saxlanılıb

Xınalıqda oğurluq edən yeniyetmələr saxlanılıb
  27 Fevral 2019    Oxunub:3279
Quba rayonunun Xınalıq kəndində yerləşən iki fərdi yaşayış evindən oğurluq edən üç yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan yeniyetmələr dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər.

Araşdırmalarla məlum olub ki, onlar iki evdən 2 ədəd mobil telefon, 2 ədəd qol saatı, durbin, süngü-bıçaq, “İj” markalı ov tüfəngi, patrondaş, 12 patron, həmçinin məişət avadanlıqları və geyim əşyaları oğurlayıblar.

Oğurlanmış əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN  



Xəbər lenti