Fransalı həmsədr Vyana görüşünü müsbət qiymətləndirdi
30 Mart 2019
Oxunub:1925
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti Azərbaycan və Ermənistan rəhbərlərinin Vyanada keçrilən görüşünə münasibət bildirib.
Azvision.az xəbər verir ki, fransalı həmsədr görüşün məzmunlu və səmərəli olduğunu vurğulayıb.
Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Ölkə rəhbərləri əvvəlcə təkbətək görüşüblər, daha sonra danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.