Finala görə Bakının 3 küçəsi bağlanır

Finala görə Bakının 3 küçəsi bağlanır
  29 May 2019    Oxunub:1485
Bu gün UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakının 3 mərkəzi küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.
Azvision.az xəbər verir ki, paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır.

Paytaxt sakinlərindən şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur.

Azvision.az


Teqlər: Yol   DYP  





Xəbər lenti