“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb
Maşın karvanının apardığı yükə 12 ədəd KTM, bir neçə min kilometr elektrik verililişi xətləri, 4 min ədəd dəmir-beton dayaqlar, SİP-kabellər və s. daxildir.
"Azərişıq” tərəfindən ölkə Prezidentinin göstərişı əsasında Azərbaycanın regionlarının, Bakı şəhəri və onun ətraf qəsəbə və kəndlərinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir.
2019-cu ilin əvvəlindən bəri “Azərişıq” tərəfindən genişmiqyaslı yenidənqurma işləri üçün yola salınan onikinci maşın karvanıdır. Bundan əvvəl Beyləqan, Ağstafa, Ağsu, Şamaxı, Qəbələ, Cəlilabad, Lənkəran, Sabirabad rayonlarına və Bakının Xəzər rayonunun Binə qəsəbəsi və Binəqədi rayonunun “Kənd Binəqədi”, Sulutəpə və Xocasən, habelə Biləcəri qəsəbələrinə belə karvanlar yola salınıb.
“Azərişıq” qölkənin bütün regionlarında, ucqar dağlıq bölgələrində də elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərini davam etdirir. Bu işlərin 2019-cu ilin 2-ci yarımili ərzində də fasiləsiz davam etdirilməsi nəzərdə tutulur. “Azərişığ"ın əsas vəzifəsi Prezidentin qarşıya qoyduğu vəzifəyə uyğun olaraq istər Bakıda, istər ölkənin ən ucqar bölgələrində və kəndlərində abonentlərin elektrik enerjisi ilə fasiləsiz, keyfiyyətli təminatını həyata keçirməkdir.
Azvision.az
Teqlər: Azərişıq Goranboy Sabirabad