Bakıda bir ailənin 4 üzvü yağdan zəhərləndi
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, bir ailənin 4 üzvünün zəhərlənməsi barədə çağırış Təcili Yardım Xidmətinə saat 22:27-də daxil olub.
Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hazırda müalicələri davam edir. Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə, qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar.
Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.
Azvision.az
Teqlər: Zəhərlənmə Bakı Nazirlik