Bakıda məcburi eniş edən təyyarənin sərnişinləri Moskvaya göndərildi

Bakıda məcburi eniş edən təyyarənin sərnişinləri Moskvaya göndərildi
  22 Dekabr 2019    Oxunub:3455
Rusiyanın “Azur Air” aviaşirkətinin Bakıda məcburi eniş edən təyyarəsinin sərnişinləri başqa reyslə Moskvaya göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib. Bildirilib ki, yerli vaxtla saat 21:04-də təyyarə Bakıdan Moskvaya yol düşüb.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiyanın “Azur Air” aviaşirkətinin Qoa-Moskva marşrutu ilə hərəkət edən təyyarəsi texniki problemlə əlaqədar Bakı aeroportunda məcburi eniş edib.

Azvision.az



Teqlər: Təyyarə   Sərnişin  





Xəbər lenti