XİN rəhbərlərinin görüşü 7 saat davam edib - Yenilənib
Yanvarın 30-da danışıqların növbəti raundu keçiriləcək.
***
(14:05)
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan arasında növbəti görüş başlayıb.
Azvision.az xəbər verir ki, görüş İsveçrənin Cenevrə şəhərində təşkil olunub.
Nazirlərin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə keçirilir.
XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizamlanmasını müzakirə edirlər.
Pərvanə Sultanova
Azvision.az