AMEA koronavirusa qarşı mübarizəyə başlayır

AMEA koronavirusa qarşı mübarizəyə başlayır
  30 Yanvar 2020    Oxunub:2973
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqı koronavirusla bağlı maarifləndirici və profilaktiki tədbirlər görəcək.
Akademiyadan Azvision.az -a verilən məlumata görə, bütün idarə, müəssisə və təşkilatlarda olduğu kimi, AMEA-da da müvafiq profilaktiki tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

Akademiyanın idarə, müəssisə və təşkilatlarının həmkarlar təşkilatları əmək kollektivləri ilə birgə yerləşdikləri ərazilər üzrə məsul olan və bu sahədə xüsusi təcrübəyə malik Sanitar Epidemioloji Stansiyalar, onların ayrı-ayrı sahələr üzrə təyin olunmuş mütəxəssis həkimləri və digər aidiyyatı orqanların cəlb edilməsi yolu ilə kollektivlərdə maarifləndirici və profilaktiki tədbirlərin görülməsini həyata keçirəcəklər.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti