“Kənddən şəhərə” yarmarkaları gündəlik rejimə keçir

“Kənddən şəhərə” yarmarkaları gündəlik rejimə keçir
  03 Mart 2020    Oxunub:1750
Bakıda 5 ünvanda olan “Kənddən şəhərə” yarmarkaları martın 14-dən 19-dək gündəlik rejimdə fəaliyyət göstərəcək.
Bunu Azvision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, hazırda paytaxtın 5 ünvanında “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçirilir: “Bayramla əlaqədar bu yarmarkalar gündəlik rejimə keçəcək. Yarmarkada qiymətlər digər satış mərkəzlərindən həmişə ucuz olub. Lakin bayramqabağı qiymətlərdə müəyyən artımlar müşahidə edilir. Yarmarkada fermerlər birbaşa özləri iştirak edir və onlardan heç bir əlavə haqq tələb edilmir. Bu baxımdan qiymətlərin digər satış mərkəzlərindəki qiymətlərdən aşağı olacağını deyə bilərik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yarmarka   Kənddənşəhərə  





Xəbər lenti