"Bələdiyyələrin bizə hesabat verməsi düzgün deyil" - Deputat

"Bələdiyyələrin bizə hesabat verməsi düzgün deyil" -    Deputat
  17 Aprel 2020    Oxunub:2605
“Dünyanın heç bir ölkəsində bələdiyyə parlamentə hesabat vermir. Biz artıq bundan tədricən imtina etməliyik. Çünki bu iki qurum ayrı-ayrı strukturdur”.
Azvision.az xəbər veri ki, bunu deputat Fazil Mustafa bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Konstitusiyanın 146-cı maddəsində göstərilir ki, ehtiyac olsa, bələdiyyə parlamentə hesabat verir.

“Ancaq Naxçıvan Konstitusiyasında bu maddə yoxdur. Bu, absurd bir şeydir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və İnsan Alverinə Qarşı Mübarizə İdarəsi bizə hesabat verir. Bələdiyyələrin parlamentə hesabat verməsi düzgün deyil. Bu, seçkili orqandır”.

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev isə deyib ki, parlamentdə bələdiyyələr hesabat vermir, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi məruzə təqdim edir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti