“Biz birlikdə virusa qalib gələ bilərik” - Hande Harmancı

  “Biz birlikdə virusa qalib gələ bilərik” -     Hande Harmancı
  09 May 2020    Oxunub:4849
Dünyanın bir çox ölkəsində karantin rejimi yumşalma mərhələsindədir. Bunun nəticəsində yoluxma sayı artıb. Artım gözlənilən idi.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, indi əsas vəzifə ictimai səhiyyə xidmətlərini gücləndirməkdir.

“Zəruri olmadıqca evdən çıxmamalıyıq, sosial məsafəni qorumalıyıq, sanitar-gigiyena tədbirləri görməliyik. ÜST peyvənd üzərində işləri sürətləndirmək üçün bir çox tərəfdaşlarla əməkdaşlığı davam etdirir. Virusun kökünün kəsilməsində əsas amil milli və qlobal səhiyyədə həmrəylikdir. Biz birlikdə virusa qalib gələ bilərik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ÜST   Koronavirus  





Xəbər lenti