Xaçmazda ruhi-əsəb xəstəsi 3 ildir itkin düşüb - FOTO

Xaçmazda ruhi-əsəb xəstəsi 3 ildir itkin düşüb -    FOTO
  12 May 2020    Oxunub:4002
Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 45 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Zaur Həmidovun əlamətləri belədir: Boyu 172 sm., orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır.

Zaur Həmidov ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti