“Bank sektorunda sağlamlaşma prosesi davam edir” - Tahir Mirkişili
Onun sözlərinə görə, şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb:
“Ötən il iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur, kadr dəyişiklikləri aparılıb və çevik, ədalətli idarəetmə üçün təşkilati zəmin yaradılıb”.
Komitə sədri qeyd edib ki, 2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilib, problemin həlli üçün müvafiq vəsait ayrılıb: “Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis