ÜST karantinin sərtləşdirilməsinə dair təkliflər verə bilər
Onun sözlərinə görə, ictimai səhiyyə tədbirlərini azaldan ölkələrdə də artım qeydə alınır.
“Hazırda bizə qonşu ölkələrdə aşağı-yuxarı sabitləşmə halı müşahidə edilir. Son 14 gündə ən yüksək artım Azərbaycanda müşahidə olunub”.
H.Harmancı bildirib ki, ölkələrdə yoluxma hallarında ciddi artım olarsa, o zaman karantin rejiminin sərtləşdirilməsi istiqamətində ÜST tərəfindən təkliflər verilə bilər.
“Əlimizdə başqa silah yoxdur. Hökumətlər insanların sağlamlığını qorumaq üçün əlindən gələni etməlidir. Lakin insanlar da bunun məsuliyyətini başa düşməlidir”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus