Ermənilər döyüş mövqelərini tərk edərək qaçıb - MN rəsmisi

   Ermənilər döyüş mövqelərini tərk edərək qaçıb -    MN rəsmisi
  06 Oktyabr 2020    Oxunub:4176
Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu qarşısında tab gətirə bilməyən düşmən əsgərləri döyüş mövqelərini tərk edərək qaçıb.
Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, düşmən hərbçiləri bir neçə məntəqəni tərk edib.

"Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu ildə xeyli düşmən hərbçisini məhv etdiyi posta Azərbaycan bayrağı sancılıb. Əks hücum əməliyyatları davam edir. Düşmən depressiya vəziyyətindədir", - deyə A.Eyvazov qeyd edib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti