Budapeştdə Bərdə terroruna etiraz edildi
Aksiyada 50 nəfər gənc soydaşımız əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat lövhələrini, "Körpələr mələkdirlər, mələklərin öldürülməsinə son qoyulsun!", "Mən sülhəm, amma Ermənistan məni öldürdü!", "Bərdə üçün dua et!" və sair şüarları tutublar. Meydanda yanan şamlarla "Bərdə" sözü əks olunub və ətrafına boş qalmış ayaqqabılar düzülüb.
Aksiya ilə maraqlanan şəhər sakinlərinə işğalçı Ermənistan ordusunun mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə Azərbaycanın dinc sakinlərini hədəfə alması barədə məlumat verilib.
Azvision.az
Teqlər: Macarıstan aksiya etiraz Erməniterroru