Tanınmış ekspert ASAN-dan yazdı

Tanınmış ekspert ASAN-dan yazdı
  12 Fevral 2014    Oxunub:887
“Azərbaycan prezidentinin fevralın 11-də “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsi barədə imzaladığı Fərman Xidmətə mütərəqqi səlahiyyətlər verir. Son dəyişiklik korrupsiyaya qarşı mübarizə və xidmətlərin elektronlaşdırılması baxımından olduqca əhəmiyyətlidir.”
AzVision.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov facebook səhifəsində qeyd edib.

Onun sözlərinə görə, sənəd "ASAN xidmət”ə kifayət qədər mütərəqqi səlahiyətlər verir. İkincisi, son dəyişiklik korrupsiyaya qarşı mübarizə baxımdan və eləcə də xidmətlərin elektronlaşdırılması baxımdan olduqca əhəmiyyətlidir. Bu baxımdan, son dəyişikliklər təqdir edilməlidir.

"Sənədlə “ASAN ödəniş” sistemi formalaşdırılacaq. Bu sistem inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların elektron qaydada göndərilməsini və inzibati cərimələrin, məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin elektron qaydada (o cümlədən “ASAN imza” vasitəsilə) ödənilməsini təmin edəcək. Bu islahatın mahiyyəti birbaşa korrupsiyaya qarşı mübarizə tədbirdiri: belə ki, əgər sizin avtomobilinzdə qaydanı pozursunuzsa o zaman sizin qayda pozuntunuzu əks etdirən şəkil və cümlədən tərtib edilən akt sizin mobil telefonunuza göndəriləcək. Siz isə heç yerə getmədən mobil telefon vasitəsi ilə ödəniş edəcəksiniz. Əgər ödəniş etməyi unutmusunuzsa o zaman sistem sizi sonradan yenə də mobil telefon vasitəsi ilə məlumatlandıracaq. Eyni zamanda, cərimələrin ödənilməsi üçün şəhərin müxtəlif yerlərində ödəmə terminallarının quraşdırılması da nəzərdə tutulur. Oxşar praktika məhkəmə qərarlarının icrası ilə əlaqədar ödənilməli olan vəsaitlərin xüsusi ödəmə terminalları ilə ödənilməsinə də tətbiq ediləcək.

Ən ciddi yeniliklərdən biri isə “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin siyahısının genişləndirilməsidir. Belə ki, artıq bu xidmət indiyədək mənzillər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarış və texniki pasportların verirdirsə, son dəyişiklilərdən sonra artıq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatını da həyata keçirəcək. Eyni zamanda, əgər əvvələr “ASAN xidmət” fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqları ilə bağlı heç bir fəaliyyət aparmırdısa artıq onların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsini həyata keçirəcək. Bununla yanaşı, yeni dəyişikliklərdən sonra sözügedən xidmət yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması vəxaricdə istifadə üçün nəzərdə tutulan sənədlərə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən apostil verilməsi üçün sənədlərin qəbulunu həyata keçirəcək".


Teqlər:





Xəbər lenti