Əli Həsənov: `Bu, münasibətlərə kölgə sala bilməz`
O qeyd edib: “Türkiyənin rəsmi instansiyaları məsələyə münasibət bildirərək bəyan ediblər ki, M.Zeynalovun deportasiyası onun ölkədə qalma müddətinin başa çatması ilə bağlı olub. Hesab etmirəm ki, bu hadisə iki qardaş ölkə arasında əməkdaşlığa kölgə sala bilər. Buna cəhd göstərənlər də bu reallığı anlamalı və qəbul etməlidirlər. Digər tərəfdən, hər hansı xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olan şəxs, fəaliyyət istiqamətindən asılı olmayaraq, həmin ölkənin qanunlarına, ictimai yaşayış normalarına, xalqın mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşmalıdır”.







Vaxtında, Aydın, Lazımlı!


