“Biz də bu problemdən xəbərdarıq” - Mikayıl Cabbarov
"Təhsilin keyfiyyətində insan amili–tələbə və müəllim təhsilin keyfiyyətini şərtləndirən əsas amildir. Savadlı və bacarıqlı olmaq, seçdiyi ixtisasa həvəslə yanaşaraq “SABAH” qruplarına qoşula bilərlər. Bu qruplarda dərs keçən müəllimlərin xüsusi nüfuzunun olması əsas prioritetdir. Xaricdə təhsil almış tələbələrdən bu istiqamətdə istifadə edilməsi də planlaşdırılır. Həmçinin Azərbaycan ali təhsil müəssisələrinə xaricdən tələbə cəlb etmək üçün “SABAH” qrupları mühüm rol oynayacaq. Bunun üçün nazirlik tabeliyində bu işlə məşğul olacaq qrup yaradılacaq".
Mikayıl Cabbarov tələbələrin problemlərindən də danışıb: “İşəgötürənlərlə görüşdə onlar tələbələrin praktik bacarıqlarında problemin olduğunu bildirirlər. Biz də bu problemdən xəbərdarıq. Hesab edirik ki, ali təhsili uyğurla başa vurmuş tələbələr iş adamları üçün potensial kadr olmalıdır. Bu istiqmaətdə “SABAH” qrupları mühüm rol oynayacaq. Bu məsələdə işəgtürənlərin tələbələrin hazırlığında iştirakı planlaşdırılır. Bu işdə təcrübəli iş adamları, ictimai-siyasi fəaliyyəti olan şəxslər iştirak edəcək". Nazir həmçinin onu da vurğulayıb ki, bu işə növbəti tədris ilindən başlanacaq. İlk növbədə müəllim və tələbələrin akademik mühitinin yaradılmasına xidmət edəcək. Bütün sistemin stranformasiyasını, keçidini təmin etmək niyyətindəyik. Bu istiqəmətdə əlimizdən gələni edəcəyik”.
Nihadə Eyyubova