Xanım deputat erməniləri Bakıya çağırdı

Xanım deputat erməniləri Bakıya çağırdı
  13 Fevral 2014    Oxunub:1302
“Ermənistan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti sessiyasına qatılmaqdan ehtiyatlandığını bildirib, lakin biz bütün qonaqları qəbul etməyə hazırıq”.
AzVision.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində çıxışında Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib.

ATƏT PA-nın İnsan haqları, demokratiya və humanitar məsələlər üzrə ümumi komitəsinin iclasında Ermənistan tərəfi assambleyanın sessiyasının Bakıda keçirilməsi ilə bağlı iradını bildirib. R. Aslanova isə bu iradın əsassız olduğunu söyləyib: “Mənim həmkarlarım bir neçə aydan sonra Bakıya gəlib əmin olacaqlar ki, bizim ölkədə tolerantlıq hökm sürür və insanlar sülh, əmin-amanlıq şəraitində yaşayır. Siz buna özünüz şahid olacaqsınız. Bakı sizləri qəbul etməyə hazırdır. Siz görəcəksiniz ki, Azərbaycan Qərbə istiqamətlənmiş demokratik ölkədir”.

Xatırladaq ki, ATƏT PA-nın növbəti sessiyası 28 iyun - 2 iyul tarixində Bakıda keçiriləcək.


Teqlər:  



Xəbər lenti