“İqtidara işləmək qəbahət deyil” – YAP-dan REAKSİYA

“İqtidara işləmək qəbahət deyil” – YAP-dan REAKSİYA
  13 Fevral 2014    Oxunub:1086
“İqtidara işləmək qəbahət deyil. Bu, xalqa işləmək deməkdir”.

Bunu AzVision.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bəzi müxalifətçilərin hakimiyyətə işləməsi ilə bağlı ittihamlara münasibət bildirərkən deyib.

YAP rəsmisi vurğulayıb ki, hakimiyyətə işləmək qəbahət sayılmamalıdır:

“İqtidara işləmək dövlətə, xalqa, millətə işləmək deməkdir. Bunlar erməniyə, başqa-başqa agentliklərə işləsə, bu halda qəbahət ola bilər. İqtidara işləmək xalqına, millətinə işləmək deməkdir”.

Qeyd edək ki, jurnalist Eynulla Fətullayevin qələmə aldığı qalmaqallı araşdırma yazısında müxalif düşərgədən hakimiyyətə işləyən şəxslərin adları qeyd olunub. Onlar arasında Müsavat başqanı İsa Qəmbər, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, KXCP sədri Mirmahmud Mirəlioğlu və digərlərinin adları yer alıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti