Cenevrədə Azərbaycan müzakirə ediləcək

Cenevrədə Azərbaycan müzakirə ediləcək
  17 Fevral 2014    Oxunub:1086
Nazir müavini Mahmud Məmməd-Quliyev İsveçrənin Cenevrə şəhərinə səfər edib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazir müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədi ilə İsveçrənin Cenevrə şəhərinə səfər edib.

Səfər zamanı ABŞ, Kanada, Norveç, Yaponiya və digər ölkələrlə mallar və xidmətlər üzrə ikitərəfli, ölkəmizin kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə isə çoxtərəfli danışıqların aparılması nəzərdə tutulub.

Danışıqlarda ölkəmizin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət sistemi kimi məsələlər də müzakirə olunacaq.


Teqlər:  





Xəbər lenti