“Lider”də 40 nəfər işdən çıxarıldı
Bu barədə AzVision.az-a telekanaldan məlumat verilib. Bildirilib ki, dəyişikliyə əsasən, mart ayının 1-dən etibarən telekanalda gün ərzində xəbər verilişlərinin sayı artırılacaq.
Bundan sonra səhər saat 9:00, 11:00, 12:00, 12:30, 13:00, 15:00, 17:00, 19:00, 24:00-da xəbərlər buraxılışları efirdə olacaq.
Daha sonra “Səda +” verilişinin gün ərzində iki dəfə olması planlaşdırılır.
Eyni zamanda qeyd olunur ki, telekanalın mədəniyyət departamentindən 40 nəfər işdən çıxarılıb. Onların əksəriyyəti isə operatorlarlardır. Mart ayının 1-dən sonra yenidən ixtisarların olması gözlənilir.
Kanalda yayımlanan “Ekstrasens", "Pərdə", "Rəngarəng", "Qızıl Pillə", "Bəyəndim" kimi şou xarakterli verilişlər ləğv edilir, sadəcə “Solo” verilişi qalacaq.
Sevinc İltifatqızı







Vaxtında, Aydın, Lazımlı!


