Davudoğlu sabah Azərbaycana gəlir

Davudoğlu sabah Azərbaycana gəlir
  18 Fevral 2014    Oxunub:1985
Sabah Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfərə gələcək
AzVision.az-ın məlumatına görə, xarici işlər nazirinin ölkəmizə gəlməsinin məqsədi fevralın 19-da Gəncədə keçiriləcək Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin növbəti toplantısında iştirak etməkdir.

Eyni zamanda Gürcüstanın xarici işlər naziri Maya Pancikidze də ölkəmizdə səfərdə olacaq.

Qeyd edək ki, toplantıda qarşılıqlı əməkdaşlığa dair bir sıra məsələlər də müzakirə olunacaq.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti