MSK-da referendumla bağlı ekspert qrup yaradılıb
AzVision.az-ın məlumatına görə, ekspert qrupuna aşağıda adları qeyd olunan şəxslər daxildir:
Ramiz İbrahimov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Validə Kazımova – Mərkəzi Seçki Komissiyasının üzvü;
İlham Məmmədov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Bəxşeyiş Əsgərov – Mərkəzi Seçki Komissiyasının üzvü;
Tofiq Həsənov – Mərkəzi Seçki Komissiyasının üzvü;
İlkin Şahbazov – Mərkəzi Seçki Komissiyasının üzvü;
İradə Hacıyeva – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin müdiri);
Rafiq Abbasov – Mərkəzi Seçki Komissiyası Katibliyi (Hüquq şöbəsinin baş məsləhətçisi).
MSK-nın qərarına əsasən, dairə seçki komissiyalarının nəzdində qanunvericiliklə nəzərdə tutulmuş müddətdən gec olmayaraq, müvafiq tələblərə cavab verən 3 nəfərdən ibarət tərkibdə ekspert qruplarının yaradılması həmin seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.
Elvin Abdulqədirov
AzVision.az