Deməyə sözü olmayanların mitinqləri

Deməyə sözü olmayanların mitinqləri
  19 Sentyabr 2016    Oxunub:3380
Mehman Muradlı

Ötən həftə siyasi rəngarələnglik xeyli maraqlı oldu. Hakim partiya və özündə böyük spektr QHT-ləri birləşdirən “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupunun bölgələrdə vətəndaşlarla keçirdikləri görüşlərsən sonra guya cavab olaraq AXCP və “Müsavat” mitinqlərə start verdilər.


Əvvəlcə AXCP “Milli Şura” adı altında pərdələnərək, ABŞ-da baş verən 11 sentyabr terror hadisəsinin ildönümü günü mitinq təyin etdi. Mitinq nə mitinq. Təkbir səsləri 1992-ci ildə Hacı Əbdülün mitinqlərini yadıma saldı. Onda da indiki kimi 100-200 nəfərlə dindarlar təkbir gətirərək, dünyəviliyə qarşı çıxırdılar. Amma və lakin sonrasını özünüz bilirsiz, Hacı Əbdülə dəyən bir şillə onun səsini batırdı.

11 sentyabr mitinqdə ekstaza gələn Əli Kərimli elə stadiondaca 17 sentyabra mitinq elanını verdi. 16 sentyabrdan başlayan yağış mitinqin vaxtına 1 saat qalmışa kimi fasilələrlə yağdı. Əslində bu, təbiətdən Əli Kərimliyə bir xəbərdarlıq idi ki, mitinqi təxirə salsın. Lakin bir ayağı İran, digər ayağı Qərbdə qalan Kərimli bunu etmədi. Yumşaq desək, siyasi iradəsi çatmadı.

Bu yerdə yadıma SSRİ vaxtının məhşur lətifəsi düşdü. Deməli, Nikita Xruşşovun iarəetməsi dövrü rayon partiya komitəsindən kənd zəhmətkeşlərilə görüşə gedən katib çıxışında bildirir ki, bir ayağımız sosializmdə, bir ayağımız kommunizmdədi. Katib cümləsini tamamlamamış kolxozçulardan biri qayıdır ki, yoldaş katib, qadan alım, ayağımızı birləşdir, paçamız cırıldı. İndi Əli Kərimlinin aralı qalmış paçası cırılmış vəziyyətdədir.

Bu yerdə 11 və 17 sentyabr aralığında ABŞ konqresində Azərbaycan əleyhinə keçirilən dinləmələrdə Əli Kərimlinin heç bir siyasi praktikası və perspektivi olmayan “papasının gül balası” oğlunun konqresdə ağzına gələni danışması yadıma “Bəxt üzüyü” filmində qatıq satan kişini saldı. Həmin filmə əksəriyyətimiz baxmışıq, ola bilər, həmin detalı tuta bilməmisiz. Deməli, qonşular arasında dava düşəndə qatıq satan həmin ərazidən keçir və davaya qulaq asır. Davadan bir şey anlamayınca isə “qatıq, qatıq” qışqıra-qışqıra yoluna davam edir. Yəni adam demək istəyir ki, qatıqlayırsız. İndi Əli Kərimlinin oğlunun konqresdəki çıxışı həmin söhbəti yadıma saldı.

İşin ən məzəli tərəfi isə Konqressin tarixində ilk dəfə çıxışçının kiminsə oğlu kimi təqdim edilməsi idi. Ölmədik, bunu da gördük...

Həftənin yekununa isə “Müsavat” partiyasının keçmiş başqanı İsa Qəmbər öz nöqtəsini qoydu. Belə ki, “Müsavat” partiyasının sentyabrın 18-də keçirdiyi mitinqdə tarix elmləri üzrə fəlsəfə doktoru olan İsa Qəmbər çıxışında “Əgər hər ailədə orta hesbla 5 nəfər olsa, 10 milyonluq Azərbaycanda orta hesabla 5 milyon ailə var” dedi. Bu yerdə yadıma daha bir lətifə düşdü.

Deməli, Molla Nəsrəddin bir gün cümə xütbəsinə gəlir. Çıxışına “Camaat, bilirsiz nə var?..” sualıyla başlayır. Camaat bildirir ki, yox, xəbərimiz yoxdu. Onda Molla Nəsrəddin cavabında bildirir ki, day bilmirsizsə, nə deyim. 1 həftə sonra molla yenə xütbəyə gəlir. Bu dəfə də eyni sualla camaata müraciət edir. Camaatın yarısı məslədən xəbərdar olduğunu, digər yarısı xəbərdar olmadığını bildirir. Molla isə cavabında bildirir ki, xəbəri olanlar xəbəri olmayanlara desinlər.

Deyə bilərsiniz bu lətifənin İsa Qəmbərin çıxışına nə aidiyyatı var? Haqlısınız. Heç bir aidiyyatı yoxdu, eynilə İsa Qəmbərin çıxışında qeyd etdiyi statistik rəqəmlərin riyaziyyat elminə heç bir dəxli olmadığı kimi.

Son olaraq onu bildirim ki, müxalifətin referendum əleyhinə təşkil etdiyi üç mitinqində referenduma çıxarılan Konstitusiya dəyişikliklərindən danışmaması onu göstərir ki, bununla bağlı deyiləsi sözləri yoxdu. Buna da həndəsədə sevdiyim “əksini fərz etməklə isbat” (contradictio in contrarium) metodunu tətbiq etsək görərik ki, mitinq keçirən AXCP və “Müsavat”ın referenduma çıxarılan dəyişikliyə qarşı heç bir sözlər yoxdur.

P.S. Qanadın yoxdursa, niyə hoppanıb-düşürsən?


Teqlər:  





Xəbər lenti