İki bacı dəm qazından zəhərləndi

İki bacı dəm qazından zəhərləndi
  16 Yanvar 2017    Oxunub:1437
Qazaxda dəm qazından zəhərlənmə olub.

Məlumata görə, Qazax şəhəri, Bakı küçəsində yaşayan 1988-ci il təvəllüdlü Məmmədova Lüdmila Fevral qızı və 1985-ci il təvəllüdlü Pərvanəliyeva Zenfira Fevral qızı dəm qazı ilə zəhərlənmə əlaməti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir. Məlumata görə, hər iki bacı vanna otağından çıxandan bir müddət sonra dəm qazından zəhərləndiklərini hiss ediblər. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti