Naxçıvanın ən məşhur oteli 17 milyona satılır

Naxçıvanın ən məşhur oteli 17 milyona satılır
  13 Fevral 2017    Oxunub:2758
Naxçıvanda məşhur otel satışa çıxarılıb.
AzVision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında yerləşən müalicə mərkəzi kimi fəaliyyət göstərən Duzdağ Hotel hərrac yolu ilə satılacaq.

Həmçinin hərrac günü Naxçıvan şəhərində yerləşən Tədris-Ticarət Mərkəzi də satışa çıxarılacaq.

Martın 10-da NMR-nın Auksion Mərkəzində hərraca çıxarılacaq Duzdağ Hotelinin start qiyməti 17 milyon, Tədris-Ticarət Mərkəzinin start qiyməti isə 1 milyon 534 min manat müəyyənləşib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti