Aİ-dən Azərbaycanla danışıqlar haqda açıqlama - (Yenilənib)

Aİ-dən Azərbaycanla danışıqlar haqda açıqlama - (Yenilənib)
  14 Fevral 2017    Oxunub:2282
“Fevralın 7-də Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar başladı. Biz orada bir sıra texniki məsələləri həll etməyə çalışdıq”
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, Aİ-nin danışıqlar üzrə heyətinin rəhbəri Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luk Devindir: “Düşünürəm ki, danışıqların növbəti mərhələsi daha çox substantiv olacaq. Hazırda hər bir tərəf fərqli mövqeləri nəzərdən keçirir. Biz bir sıra sahələri müzakirə etmək niyyətindəyik. Buraya enerji, iqtisadiyyat, ticarət, dövlət idarəçiyi daxildir. Bilirsiniz, bizim aramızda 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi mövcuddur. Bu, əməkdaşlıq üçün bazanın bir hissəsidir".

***
(11:02)

"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında son 10 ildə 47 tvinninq layihəsi həyata keçirilib və bu əməkdaşlıq davam edəcək".

AzVision.az-ın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib. Onun sözlərinə görə, ilin sonunda bu layihələrin sayı 50-ə çatacaq.

"Azərbaycanla Avropa İttifaqı arasında imzalanması planlaşdırılan yeni razılaşma əməkdaşlığın daha da dərinləşməsinə və genişlənməsinə təkan verəcək" deyən səfir prezident İlham Əliyevin Brüsselə səfəri zamanı yeni saziş üzrə danışıqların başladığını deyib: “Biz yenidən Azərbaycandakı tərəfdaşlarla işləməkdən məmnunuq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti